Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir

Yaxın vaxtlarda Moskva ilə Bakı arasında kruiz gəmi reyslərinin açılması nəzərdə tutulur.

Bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Adam Hakimov “Zvezda” telekanalının efirində deyib.

Onun sözlərinə görə, lüks sinif kruiz gəmisi ilə səyahət hər istiqamət üzrə 7 gün olmaqla, ümumilikdə təxminən 14 gün davam edəcək.

“Yaxın vaxtlarda Moskva–Bakı marşrutu üzrə kruiz gəmisini istifadəyə verməyi planlaşdırırıq. Hazırda bir gəmi artıq hazırdır, daha iki gəmi isə yaxın vaxtlarda hazır olacaq. Layihə uğurlu alınarsa, həmin iki gəminin də Bakıya səfər edəcəyinə ümid edirik”, – deyə o qeyd edib.

Ticarət nümayəndəsi layihənin dövlət dəstəyi ilə həyata keçirildiyini də bildirib. Onun sözlərinə görə, kruiz gəmilərinin inşası Rusiya Sənaye və Ticarət Nazirliyi tərəfindən subsidiyalaşdırılır.