Tennis üzrə ölkə birinciliyinə yekun vurulub!

Tennis üzrə ölkə birinciliyinə yekun vurulub. Turnirin ümumi 17.500 AZN mükafat fondu qaliblər və digər mükafatçılar arasında bölüşdürülüb.

Kişilər arasında çempion Tamerlan Əzizov və qadınlar arasında çempion Umayra Həşimova hər biri 2.500 AZN pul mükafatı qazanıb.

İkinci yeri tutan Artem Mykoliuk və Ayşən Kərimli isə hər biri 1.500 AZN məbləğində mükafata layiq görülüb. Mükafat fondunun qalan hissəsi digər mükafatçılar arasında bölüşdürülüb.

Bütün qalibləri və mükafatçıları təbrik edir, iştirakçılara gələcək yarışlarda uğurlar arzulayırıq!

Qalereya