Misir xarici işlər naziri Bədr Əbdülati ABŞ və İran arasında yeni müharibənin eskalasiyasının daha dağıdıcı və ciddi nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə o, Bəhreyndə keçirilən Manama Dialoq Təhlükəsizlik Sammitində çıxışı zamanı danışıb.
“İkinci mərhələ daha təhlükəli, daha dağıdıcı olacaq və heç bir nəticə verməyəcək. Keçmişdən dərs çıxarmalıyıq”, - Əbdülati bildirib.