Rusiya Ermənistanın yeni səfirinin təyinatına veto qoyub?

Rusiya Ermənistanın Polşadakı keçmiş səfiri Samvel Mkrtçyanın bu ölkənin Moskvadakı səfiri vəzifəsinə təyin olunmasına razılıq verməyib.

Bu barədə “Hraparak” qəzeti öz mənbəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya tərəfinin imtinası səbəbindən hazırkı səfir Qurgen Arsenyanın planlaşdırılan dəyişdirilməsi baş tutmayıb.

Qəzet yazır ki, Moskvanın Mkrtçyanın namizədliyini razılaşdırmaqdan imtinası onun uzun illər Avropa ölkələrində diplomatik fəaliyyət göstərməsi ilə bağlı ola bilər.

Məlumatla bağlı hələlik rəsmi təsdiq yoxdur.