Bakı, 31 oktyabr, AZƏRTAC “Baku Art Weekend” festivalı çərçivəsində nümayiş olunan “Yenidən bax” (“Look Again”) adlı əsərimin əsas ideyası insanları təbiətə və ətraf aləmə yenidən nəzər salmağa, onları daha dərindən dərk etməyə təşviq etməkdir. Layihə insanın təbiətdən ayrı deyil, onun ayrılmaz parçası olduğunu xatırladır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında rəssam Mir Azər Abdullayev deyib.O bildirib ki, əsərlərində heyvanlar aləmi ilə insan arasındakı qarşılıqlı əlaqə vasitəsilə biomüxtəlifliyin qorunması, təbiətə həssas münasibət və ekoloji məsuliyyət kimi məsələlər ön plana çıxarılır. "Bu sənət platforması həm rəssamlar və incəsənət nümayəndələri, həm də cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Burada təqdim olunan işlərdə heyvanların hissləri və yaddaşı əks olunur. Mən də öz yaradıcılığımda bu məqamları ifadə etməyə çalışdım", - deyə rəssam qeyd edib. Müxbir - Gülay Nəzərova