Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir?

Rusiyalı terapevt Svetlana Kanevskaya çəki azaltmaq üçün əsas amilin kalori balansı olduğunu bildirib.

Bu barədə həkimin fikirlərini "Çempionat" nəşri yayıb.

Onun sözlərinə görə, arıqlamaq üçün gün ərzində qəbul edilən kalorilərin miqdarı sərf olunan enerjidən az olmalıdır. Bu zaman orqanizm enerji ehtiyacını əvvəlcədən topladığı ehtiyatlardan qarşılayır.

Həkim qeyd edib ki, pəhrizin növü ikinci dərəcəli əhəmiyyət daşıyır. Əsas məsələ davamlı kalori çatışmazlığı yaratmaqdır. Buna fiziki aktivliyi artırmaqla da nail olmaq mümkündür.

Kanevskaya bildirib ki, düzgün strategiya seçilmədikdə arıqlama prosesi zamanı yağ toxuması ilə yanaşı əzələlər də itirilə bilər. Uzun müddət kalorinin kəskin azaldılması isə maddələr mübadiləsinin zəifləməsinə, iştahanın artmasına və zamanla çəki itkisinin yavaşlamasına səbəb ola bilər.