Polşada Konstitusiya Məhkəməsi ətrafında yaranan siyasi böhran diplomatik korpusa da təsir edib. Ölkənin Çindəki səfiri Yakub Kumox və Rumıniyadakı səfiri Pavel Solox istefa verdiklərini açıqlayıblar.
Hər iki səfir bu barədə X hesablarında paylaşım ediblər.
Diplomatlar qərarlarını Konstitusiya Məhkəməsi ətrafında yaranmış böhranla əlaqələndiriblər.