Bakı, 30 oktyabr, AZƏRTACRəqibdən qorxmadıq, çəkinmədik. Səfər oyununa da qələbə qazanmaq məqsədilə gedəcəyik.Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Qarabağ” Futbol Akademiyasının meneceri Nail Kərimov UEFA Gənclər Liqasında Bakıda Xorvatiyanın “Dinamo Zaqreb” komandasına qarşı keçirilən oyun və cavab matçına hazırlıq barədə danışarkən bildirib.O qeyd edib ki, komanda Zaqreb təmsilçisi ilə matçda gözlənildiyi kimi çıxış edib və taktiki baxımdan əvvəlki iki oyunla müqayisədə fərqli yanaşma seçib: “Öz oyunumuzu oynadıq. Hücumameyilli, açıq futbol sərgilədik, rəqibdən çəkinmədik. Qol şanslarımız da oldu. Düzdür, rəqibin daha çox şansı oldu ki, bu da normaldır. Oyundan sonra məşqçi və futbolçu heyəti ilə söhbət aparılıb. Komanda cavab görüşünə qələbə qazanmaq məqsədilə yollanacaq. Futbolçular ikinci oyunda məşqçinin tapşırıqlarını yerinə yetirsələr, taktiki cəhətdən düzgün oynasalar və sona qədər mübarizə aparsalar, növbəti mərhələyə yüksəlmək olar. Düzdür, rəqib bizdən həm təcrübəlidir, həm daha keyfiyyətli oyunçuları, həm də geniş heyəti var. Amma yenə də hesab edirik ki, qələbə qazanmaq mümkündür. Səfər oyununda fərqli hesabla uduzmağa yox, əksinə, qol vurub qələbə qazanmağa çalışacağıq. Təbii ki, oyunun gedişatının necə olacağını indidək demək olmaz”.Nail Kərimov UEFA Gənclər Liqasında iştirakın klub üçün əhəmiyyətindən də danışıb. O bildirib ki, beynəlxalq turnirlərdə təcrübə həm futbolçular, həm məşqçilər, həm də klubun idarə heyəti üçün vacibdir: “UEFA turnirlərində və yaxud beynəlxalq yarışlarda nəticə üçün uzun illər lazımdır. Hər şey birdən-birə olmur. Nəzərə alsaq ki, “Qarabağ” Gənclər Liqasında indiyə kimi cəmi iki dəfə oynayıb, deməli, burada o qədər də böyük təcrübəmiz yoxdur. İnanırıq ki, bu təcrübə qarşıdakı illərdə formalaşacaq”.“Qarabağ” “Dinamo Zaqreb” səddini keçsə, növbəti mərhələdə Portuqaliya nəhəngi “Benfika” qarşılaşacaq. Akademiya rəsmisi bildirib ki, hazırda növbəti mərhələ haqqında danışmaq tezdir. Bununla belə, klubun məqsədi illər ərzində Avropanın aparıcı komandaları ilə rəqabət aparacaq səviyyəyə yüksəlməkdir: “Benfika”nın imkanlarını və gücünü bilirik. Bu komanda ilə oynamaq üçün hər iki tərəf növbəti raunda adlamalıdır. Yavaş-yavaş o səviyyəyə gəlib çatmalıyıq ki, Avropanın top klubları ilə də oynaya bilək”.Funskioner “Dinamo”nun akademiyası ilə əməkdaşlıq imkanlarına da münasibət bildirib. O, hazırda belə bir planın olmadığını qeyd edib: “Biz əslində Zaqreb akademiyası ilə tanışıq. Əsas komandamız onlarla oynayanda Aftandil Hacıyevlə birlikdə Xorvatiyaya səfər etmiş, onların iş planı ilə tanış olmuş, akademiyada təxminən yarım gün keçirmişdik. Yəni, “Dinamo”nun akademiyası barədə xeyli məlumatlarımız var”.Akademiya meneceri hazırda əsas diqqətin klubun öz infrastrukturunun və strukturunun möhkəmləndirilməsinə yönəldiyini vurğulayıb.O, “Qarabağ” akademiyasının bölgələrdə filiallarının açılması məsələsinə də toxunub. Bildirib ki, doğma Qarabağ bölgəsində bu istiqamətdə addımlar atılması gözlənilir və məsələ ilə bağlı klub rəhbərliyi ilə dəfələrlə şifahi müzakirələr aparılıb: “Hələlik öz akademiyamızın daxilində olan məsələləri yekunlaşdırmaq istəyirik. Ondan sonra bu işlərə keçid edəcəyik”.Qeyd edək ki, “Qarabağ” və “Dinamo Zaqreb” komandaları arasında cavab matçı noyabrın 4-də Zaqrebdə olacaq. İlk matçda Ağdam təmsilçisi 1:2 hesabı ilə uduzub. Müxbir – Cavid Əliyev
Bu gün
3640 xəbər bu gün
Azərbaycanda sığorta bazarı üçün Açıq məlumatlar portalı (“Open insure data”) yaradılacaq. Bunu İcbari Sığorta Bürosunun (İSB) Biznesin inkişafı departamentinin rəhbəri Xanım Camalova “İcbari Sığorta Bürosu Hüquqi…
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvü İslam Rəhimov qızıl medal qazanıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat…
Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin…
Tədbirdə Azərbaycanın qədim tətbiqi sənət növlərindən olan quramanın dirçəldilməsi, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində çalışan Əminə Məlikovanın yeni kolleksiyası nümayiş olunub. Tədbiri giriş sözü ilə…
Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, həmin vəzifə Sadiq Əliyevə həvalə edilib. Bununla da, nazir müavinlərinin sayı 4-ə çatıb…
"Qarabağ"ın çərşənbə axşamı yollarını ayırdığı Abbas Hüseynovun karyerasını harda davam etdirəcəyi ilə bağlı xəbərlər yayılmaqdadı. Xatırlayırsızsa, biz təcrübəli müdafiəçinin "Zirə" ilə danışıq apardığını yazmışdıq…
Об этом сообщили в Минобороны РФ.
В КНДР впервые перед широкой публикой продемонстрировали боевую стрельбу из 600-миллиметровой реактивной системы залпового огня (РСЗО) «Снайпер». Об этом сообщило Центральное телеграфное агентство Кореи (ЦТАК). Стрельбы…
Украина намерена расширить географию дальнобойных ударов по российским объектам, в том числе за счет развития беспилотников и ракет, способных достигать более отдаленных территорий России. Об...
Cəlilabad rayonunda iki VAZ-2107 və bir VAZ-2106 markalı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, qəza rayonun Mollalı kəndi ərazisində qeydə alınıb. İlkin məlumata…
Azərbaycanın maliyyə nazirinə yeni müavin təyin olunub. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin olunub. Xəbər yenilənir
В Калифорнии дом женщины едва не сгорел из-за взорвавшегося паэурбанка, пишет UPI, передает Day.Az со ссылкой на Gazeta.ru. Ролик появился на странице пожарного департамента Вакавилла в соцсетях. На кадрах видно, как…
Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Ankara Sammiti çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən…
2028-ci ildə ABŞ-də demokratiyanın sonu ola bilər. Belə bir açıqlamanı milyarder İlon Mask deyib. “2028-ci il seçkilərində demokratların həm Senata, həm Nümayəndələr Palatasına, həm də...
Avropa Komissiyası Avropa ölkələrinə 2027-ci ilin sonunadək Ukraynaya kredit vəsaitinin qalan 45 milyard avrosunun ayrılmasını təsdiqləməyə imkan verən mexanizm təqdim edib.
Azərbaycanın maliyyə naziri Sahil Babayevə yeni müavin təyin olunub. Prezident İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.Sadiq Əliyev bu…
Oğuz, 30 oktyabr, AZƏRTAC Azərbaycan dünyada azsaylı xalqların əsrlərdir birlik, bərabərlik şəraitində yaşadığı tolerant və multukultural bir ölkədir. Oğuz rayonu bu milli birliyi daha sıx tellərlə bağlayan, inkişaf…
Avropa Komissiyası 2027-ci il üçün Ukraynaya 45 milyard avro məbləğində maliyyə ayrılmasını təsdiqləyib
Bakı, 30 oktyabr, AZƏRTACOktyabrın 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankarada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə iştirak…
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağı keçirilib. Qurumdan Redaktor.az-a verilən məlumata görə, ümumi yığıncaqda AMEA Rəyasət Heyətinin 28 oktyabr 2026-cı il tarixli qərarı əsasında Ramiz…
Bakı, 30 oktyabr, AZƏRTAC Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının VIII Qurultaydan sonra ilk iclası keçirilib.AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda təşkilati məsələlərə baxılaraq komissiyanın üzvlərindən…
Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Bakıda FIFA 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Bakı Kristal Zalında təşkil olunan tədbirdə öncə turnir ərzində...
“Azərbaycançılıq Azərbaycanın tarixi yaddaşını, dövlətçilik iradəsini, milli kimliyini, mənəvi bütövlüyünü və gələcəyə baxışını özündə birləşdirən fundamental dəyərdir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib
Bakıda FIFA 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib
Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb
ABŞ-ın mühafizəsi altında onlarla ticarət gəmisi Hörmüz boğazından keçir
Bu gün Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib
Naxçıvan, 30 oktyabr, AZƏRTAC Naxçıvan şəhərində 2026–2027-ci illər üzrə istilik mövsümünə noyabrın 1-dən start veriləcək.Naxçıvan Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycan…
“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Şəmkirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib