Bakı, 30 oktyabr, AZƏRTAC Xalqın milli kimliyini, tarixi köklərini, mədəni irsini və dövlətçilik ənənələrini özündə ehtiva edən azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi əsas çağırışlardan biridir. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünə nəzər salsaq bu məsələnin prioritetliyini daha aydın görə bilərik. Ulu Öndərin siyasi xəttində azərbaycançılıq ideologiyasının möhkəmləndirilməsi milli birliyin və dövlətçiliyin qorunmasının başlıca istiqamətlərindən biri olub. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri milli birliyin gücünü bir daha nümayiş etdirir. Bununla yanaşı, xarici təsirlərə qarşı dayanıqlılığın artırılması və cəmiyyətdə həmrəyliyin qorunması dövlətçilik baxımından aktual məsələlərdəndir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycanın coğrafi üstünlüklərindən, ölkələr, xalqlar arasında körpü rolundan, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verməsindən geniş bəhs edərək “Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk” söylədi və onu da əlavə etdi ki, Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib. Azərbaycançılıq məfkurəsi Milli Məclisin deputatı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas çağırışı dünya azərbaycanlılarına oldu. Ulu Öndər Heydər Əliyev bildirirdi ki, müstəqilliyimizi və suverenliyimizi daim etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarından bir amal- azərbaycançılıq ideologiyası ətrafında sıx birlik tələb edilir. Ümummilli Liderin “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının həyat amalına çevrildi. Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri xalqın milli-mənəvi irsinin qorunmasıdır. Xalqın öz tarixinə, mədəniyyətinə, adət-ənənələrinə və mənəvi dəyərlərinə sahib çıxması milli kimliyin davamlılığını təmin edir. Ulu Öndər milli-mənəvi dəyərlərin qorunmasını müasir inkişafla və dünya birliyinə inteqrasiya ilə vəhdətdə nəzərdən keçirirdi. Bu baxımdan azərbaycançılıq həm tarixi irsə bağlılığı, həm də müasir dünyanın çağırışlarına uyğun inkişafı nəzərdə tutan ideoloji konsepsiyadır. Vüqar Rəhimzadə bildirib ki, Ümummilli Liderin siyasi fəlsəfəsinə, Onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin digər sahələrdə olduğu kimi, bu istiqamətdə də siyasətini uğurla davam etdirir. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, 2006-cı ildə II, 2011-ci ildə III, 2016-cı ildə IV Qurultay keçirildi. 2022-ci ildə Şuşada keçirilən Zəfər Qurultayı Azərbaycan diasporunun müstəqillik tariximizdə qət etdiyi şərəfli yolun, postmünaqişə dövründə onların qarşısında dayanan vəzifələrin təqdimatı oldu. Qeyd etdiyimiz kimi, azərbaycançılıq milli birliyi, Azərbaycana məhəbbəti, milli-mənəvi dəyərlərimizə hörməti, Vətənə, dövlətə, xalqa bağlılığı özündə təcəssüm etdirir. Dövlətimizin başçısı İlham Əliyev 2024-cü ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində qarşıda dayanan hədəflərdən bəhs edərkən bildirdi ki, azərbaycançılıq ideologiyası, prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu Öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri məhz azərbaycançılıq məfkurəsidir. Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir Deputat qeyd edib ki, tarixi Zəfərimizin reallıqları əsasında keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında qarşıya qoyulan vəzifələrin uğurlu icrası hazırkı dövrdə yeni, bütövləşən Azərbaycanın yeni hədəflərinin reallığa çevrilməsində öz sözünü deyir. İdeoloji mübarizədə üstünlüyümüzü qorumalıyıq. Bu isə öz növbəsində tarixi ədalətə, real faktlara əsaslanan təbliğatımızın daha da gücləndirilməsini qarşıya əsas vəzifə kimi qoyur. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında diqqəti ideoloji təhlükəsizlik məsələsinə yönəldərək bildirdi ki, bu, fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq.“Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı hər bir addımın əsasında birliyimizin, həmrəyliyimizin daha da möhkəmləndirilməsi, gənclərin milli ruhda tərbiyə olunması dayanır. Bütün dövrlər üçün aktuallığını qoruyan bu hədəf xüsusi vurğulanır ki, milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi, dünyada oynadığı rolu artır. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir”, - deyə V.Rəhimzadə vurğulayıb.
Bu gün
2443 xəbər bu gün
Göyçayda Vətən müharibəsinin qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun anım günü keçirilib.Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Vidadi Xəlilovun şəhid olmasından 6 il ötür.İlk öncə tədbir…
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmin vaxt yaşananlardan danışıb. O, bildirib ki, əməliyyat 8 saat davam edib. Sənətçi əməliyyatda…
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar. -100 kq çəki dərəcəsində çıxış edən Əjdər Bağırov finalda…
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. Zakon.kz-yə istinadən, qurumun oktyabrın…
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir…
Əməkdar artist Nigar Şabanova aqressiv şərh yazan sosial şəbəkə istifadəçilərindən danışıb.
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunum məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Belə ki, "Opel" markalı minik avtomobili…
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir…
Türkiyə Super Liqasının X turunda "Fənərbağça" doğma meydanda "Göztəpə"yə 1:2 hesabı ilə məğlub olub. İstanbul təmsilçisi qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir…
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş...
Hörmüz boğazında İranın müəyyənləşdirdiyi marşrutla hərəkət etməyən neft tankeri minaya düşüb.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəlib. Redaktor.az verir ki, bunu…
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında komandanın iki futbolçusunun cəzalandırılacağını açıqlayıb. Matçın ilk hissəsinin sonunda...
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir. Bizim.Media xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləşdə 6 təmsilçimiz mübarizə aparıb. 1/16 finalda İslam Bazarqanov (57 kq) yarımfinalda…
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında komandanın iki futbolçusunun cəzalandırılacağını açıqlayıb. Matçın ilk hissəsinin sonunda Mateus Silva ilə Marko Yankoviç…
Türkiyəli müğənni Mahsun Kırmızıgül iki ildir səhnədə ifa etməyə cəsarət etmədiyi mahnını yenidən oxumağa hazırlaşır. Sənətçi bu dəfə mahnını dinləyiciləri qarşısında səsləndirəcəyini və emosional anlar yaşayacağını…
Sovet dövründən qalan 1926-cı il istehsalı 1 çervonetslik əsginaslar bu gün kolleksiyaçılar arasında xüsusi maraq doğurur. Əsginasın vəziyyətindən, buraxılışından və üzərindəki imzalardan asılı olaraq qiyməti yüzlərlə…
Представитель Азербайджана Аждар Багиров завоевал золотую медаль на чемпионате Европы по дзюдо среди спортсменов до 23 лет, проходящем в итальянском Неаполе. Со ссылкой на İdma, n.Biz, выступающий в весовой категории до…
Baş Prokurorluq
Qax şəhəri
Bəhreynin paytaxtı Manamada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb. Bu barədə Mirzoyan X hesabında yazıb."Regional bağlantı, TRIPP…
Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb.
ABŞ administrasiyası İran ətrafındakı vəziyyətlə bağlı həm birbaşa, həm də vasitəçilər üzərindən çoxsaylı məsləhətləşmələrdə iştirak edir.
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif…
Fransada artan yaşayış xərclərinə və təhsil siyasətinə qarşı keçirilən üçüncü etiraz dalğası paytaxt Parisdə iğtişaşlarla müşayiət olunub. Yürüş zamanı radikal etirazçılar polis əməkdaşlarına “Molotov kokteyli” atıb…
Fransada artan yaşayış xərclərinə və hökumətin təhsil siyasətinə qarşı kütləvi etirazların üçüncü dalğası başlayıb. Paytaxt Paris başda olmaqla, ölkənin bir çox böyük şəhərində yüz minlərlə insan küçələrə axışır. 17…
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir…
ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının və səfirlik əməkdaşlarının ailə üzvlərinin bir hissəsinin ölkədən çıxarılması barədə qərar qəbul edib.Bu barədə…
"Qəbələ" Misli premyer-liqasında 10-cu turunda "Qarabağ" ilə heç-heçə etdi - 0:0. "Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri oyunsonrası mətbuat konfransında jurnalistlərin…
Bakı, 31 oktyabr, AZƏRTACOktyabrın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. AZƏRTAC xəbər verir…
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP…
Avstraliyanın “Cortical Labs” şirkətinin tədqiqatçıları laboratoriyada çoxaldılan canlı beyin hüceyrələrini silikon çiplərə inteqrasiya edərək robot itin hərəkətlərini idarə etməyə nail olublar. Redaktor.az xəbər…
Qax rayonunda baş vermiş qida zəhərlənməsi faktı araşdırılıb. Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. İlkin məlumata əsasən, zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində…
Türkiyəli aktrisa Bahar Şahin şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib. O, münasibətlərində dəfələrlə xəyanətlə üzləşdiyini və bəzi hallarda bu barədə həqiqəti pərəstişkarlarından öyrəndiyini…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP (
“Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən “İmroz'da Bahar” filmidir. Ekran işinin…
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi Möhsün Rzayiyə sülh danışıqlarını bərpa etmək məqsədilə göndərdiyi məktubla bağlı…
İordaniyanın paytaxtı Ammanda keçirilən cüdo üzrə gənclər arasında Asiya Kubokunda Azərbaycan millisinin bütün təmsilçiləri mükafatçılar sırasında yer alıblar. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə…