Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Türkiyədə keçirilən liderlər sammitində Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Dövlət başçısı çıxışında Azərbaycanın TDT-yə sədrliyinin öhdəsindən layiqincə gəldiyini bildirib.
“Zati-aliləri İlham Heydər oğlu Əliyevə Azərbaycanın Təşkilatımıza sədrliyi dövründə qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsində və münasibətlərimizin yeni səviyyəyə qaldırılmasında gördüyü əhəmiyyətli işlərə görə dərin minnətdarlığımı bildirmək istərdim”, - Şavkat Mirziyoyev vurğulayıb.
Özbəkistan lideri sədrliyi Azərbaycandan təhvil alan Türkiyəyə də uğurlar arzulayıb.