Bakı, 30 oktyabr, AZƏRTAC VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın mədəniyyətlərarası dialoq platforması kimi rolunu, sülh və əməkdaşlıq, eləcə də dezinformasiyaya qarşı mübarizə istiqamətində səylərinin önəmli əhəmiyyət kəsb etdiyini bütün dünyaya nümayiş etdirir.Bu gün dünyanın müxtəlif ölkələrini, xalqlarını və mədəniyyətlərini təmsil edən insanların bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır. Danılmaz bir faktdır ki, müasir dünyada sülhün, qarşılıqlı etimadın və davamlı inkişafın təmin olunması yalnız siyasi və iqtisadi əməkdaşlıqdan deyil, həm də xalqlar arasında mənəvi yaxınlığın, qarşılıqlı hörmətin və mədəni anlaşmanın möhkəmləndirilməsindən asılıdır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Auditorlar Palatasının və Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov deyib.O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən bu istiqamətdəki tədbirlər, o cümlədən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin beynəlxalq mədəni dialoq platforması kimi rolunun inkişafına xidmət edir.“Forumun mövzu aktuallığından danışarkən Birinci vitse-prezidenti Mehriban Əliyevanın belə bir fikrini xatırlatmaq yerinə düşər: “Sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər”.Xüsusilə vurğulamaq lazımdır ki, mədəni irsin qorunması yalnız keçmişə ehtiram deyil, həm də gələcək nəsillərə sülh və qarşılıqlı hörmət ruhunda miras qoymaq məsuliyyətidir. Bu baxımdan birinci xanım Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanın mədəniyyət diplomatiyasının beynəlxalq miqyasda təqdim olunmasının mühüm istiqamətlərindən biridir. Unutmaq olmaz ki, mədəniyyət insanları bir-birinə yaxınlaşdırır, dialoq onları anlamağa kömək edir, qarşılıqlı hörmət isə sülhün davamlılığını təmin edir. Başqa sözlə, bu gün dünyaya ən çox lazım olan amillərdən biri məhz belə bir yanaşmadır ki, mədəniyyətlər arasında divarlar deyil, körpülər qurmaq; fərqliliklərdən qarşıdurma üçün deyil, qarşılıqlı zənginləşmə üçün istifadə etmək zəruridir.Mədəniyyət fərqlilikləri qarşıdurma mənbəyinə deyil, qarşılıqlı zənginləşmə vasitəsinə çevirir. Dahilərdən biri belə demişdir: “Mən istəyirəm ki, bütün mədəniyyətlərin küləkləri evimin ətrafında mümkün qədər sərbəst əssin. Amma heç bir küləyin məni yerimdən qoparmasına icazə vermərəm”. Sülh və mədəniyyətin əlaqəsi də VII Beynəlxalq Forumdakı məruzələrin məzmun və mahiyyətində özünü bariz göstərib. Sülh yalnız müharibənin olmaması demək deyil. Əsl sülh qarşılıqlı hörmətin, etimadın və birgəyaşayış mədəniyyətinin mövcudluğudur. Mədəni dialoq stereotiplərin aradan qaldırılmasına, tarixi incikliklərin yumşaldılmasına və xalqlar arasında anlaşmanın möhkəmlənməsinə xidmət edir. Bu baxımdan müasir dünyada sülhün təmin olunması yalnız siyasi razılaşmalar, iqtisadi əməkdaşlıq və təhlükəsizlik mexanizmləri ilə məhdudlaşmamalıdır. Bu prosesin mühüm mənəvi dayağı mədəniyyət olmalıdır”, - deyə professor bildirib. Mədəniyyətlərarası dialoqun sülhün və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində rolu O qeyd edib ki, sülhü müqavilələr imzalayaraq başlamaq olar, lakin onu insanların qəlbində və şüurunda möhkəmləndirmək lazımdır. Bunun ən təsirli yollarından biri məhz mədəniyyətdir. Müasir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyəti daha da artır. Bu məqamda Albert Eynşteynin sözlərini xatırladaq: “Sülhü zorla saxlamaq mümkün deyil; ona yalnız anlaşma yolu ilə nail olmaq olar”. Bu fikir mədəniyyətlərarası dialoqun və qarşılıqlı hörmətin əhəmiyyətini xüsusilə yaxşı ifadə edir. Bakı Forumundakı mədəniyyətlərarası dialoq sadəcə mədəni tədbirlərin təşkili deyil, sülhün və beynəlxalq əməkdaşlığın uzunmüddətli strategiyasının konseptual əsası kimi yüksək dəyərə malikdir. Mədəniyyət keçmişin yaddaşını qorumaqla yanaşı, gələcəyin sülh fəlsəfəsini də formalaşdırır. O, bizə öyrədir ki, müxtəlif mədəniyyətlərə mənsub olmaq ayrılıq deyil, bəşəriyyətin zənginliyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan əsrlər boyu Avropa ilə Asiya arasında mədəniyyət körpüsü olub. Bu tarixi missiya bu gün də ölkəmizin beynəlxalq fəaliyyətində öz əksini tapır. Mədəniyyət yalnız milli irsimizin qorunması deyil, həm də xalqlar arasında qarşılıqlı hörmətin, etimadın və sülhün möhkəmləndirilməsi vasitəsidir.“Forum bir daha sübut etdi ki, Azərbaycanın multikulturalizm ənənələri, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgəyaşayış təcrübəsi beynəlxalq mədəni dialoq üçün əhəmiyyətli nümunələrdən biridir. Azərbaycanda müxtəlif dini konfessiyaların və etnik qrupların nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması xalqımızın tarixi ənənələrinin və dövlətimizin multikulturalizm siyasətinin mühüm nəticəsidir.Bakı Forumunda əldə olunan əsas qənaətlərdən birinci budur ki, süni intellektin və rəqəmsal kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi bir dövrdə mədəniyyətlərarası dialoqun yeni imkanlarından səmərəli istifadə etməli, eyni zamanda, dezinformasiya və nifrət nitqinə qarşı birgə mübarizə aparmalıyıq. Azərbaycan Prezidentinin də dəfələrlə qeyd etdiyi kimi “Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızdan kənardan gəlir, ideoloji risklər isə fiziki risklər qədər təhlükəlidir”.Bakıdan dünyaya ünvanlanan bu çağırışın sülhə, qarşılıqlı hörmətə və birgə tərəqqiyə xidmət edəcəyinə şübhə ola bilməz”, - deyə Vahid Novruzov vurğulayıb.
Bu gün
2444 xəbər bu gün
Göyçayda Vətən müharibəsinin qəhrəman şəhidi, polkovnik-leytenant Vidadi Xəlilovun anım günü keçirilib.Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Vidadi Xəlilovun şəhid olmasından 6 il ötür.İlk öncə tədbir…
Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmin vaxt yaşananlardan danışıb. O, bildirib ki, əməliyyat 8 saat davam edib. Sənətçi əməliyyatda…
İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar. -100 kq çəki dərəcəsində çıxış edən Əjdər Bağırov finalda…
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib. Zakon.kz-yə istinadən, qurumun oktyabrın…
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir…
Əməkdar artist Nigar Şabanova aqressiv şərh yazan sosial şəbəkə istifadəçilərindən danışıb.
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosunum məlumatına görə, hadisə şəhərin Babək küçəsində qeydə alınıb. Belə ki, "Opel" markalı minik avtomobili…
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir…
Türkiyə Super Liqasının X turunda "Fənərbağça" doğma meydanda "Göztəpə"yə 1:2 hesabı ilə məğlub olub. İstanbul təmsilçisi qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti Xəzər dənizində qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə xüsusi əməliyyat-profilaktik tədbirlər keçirib.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir…
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş...
Hörmüz boğazında İranın müəyyənləşdirdiyi marşrutla hərəkət etməyən neft tankeri minaya düşüb.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəlib. Redaktor.az verir ki, bunu…
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında komandanın iki futbolçusunun cəzalandırılacağını açıqlayıb. Matçın ilk hissəsinin sonunda...
Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir. Bizim.Media xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləşdə 6 təmsilçimiz mübarizə aparıb. 1/16 finalda İslam Bazarqanov (57 kq) yarımfinalda…
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında komandanın iki futbolçusunun cəzalandırılacağını açıqlayıb. Matçın ilk hissəsinin sonunda Mateus Silva ilə Marko Yankoviç…
Türkiyəli müğənni Mahsun Kırmızıgül iki ildir səhnədə ifa etməyə cəsarət etmədiyi mahnını yenidən oxumağa hazırlaşır. Sənətçi bu dəfə mahnını dinləyiciləri qarşısında səsləndirəcəyini və emosional anlar yaşayacağını…
Sovet dövründən qalan 1926-cı il istehsalı 1 çervonetslik əsginaslar bu gün kolleksiyaçılar arasında xüsusi maraq doğurur. Əsginasın vəziyyətindən, buraxılışından və üzərindəki imzalardan asılı olaraq qiyməti yüzlərlə…
Представитель Азербайджана Аждар Багиров завоевал золотую медаль на чемпионате Европы по дзюдо среди спортсменов до 23 лет, проходящем в итальянском Неаполе. Со ссылкой на İdma, n.Biz, выступающий в весовой категории до…
Baş Prokurorluq
Qax şəhəri
Bəhreynin paytaxtı Manamada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə görüşüb. Bu barədə Mirzoyan X hesabında yazıb."Regional bağlantı, TRIPP…
Göyçayda 28 yaşlı kişinin meyiti şəhər ərazisində yerləşən köhnə yarımtikilidə aşkarlanıb.
ABŞ administrasiyası İran ətrafındakı vəziyyətlə bağlı həm birbaşa, həm də vasitəçilər üzərindən çoxsaylı məsləhətləşmələrdə iştirak edir.
İran yeni silahları sınaqdan keçirib və ordu yüksək hazırlıq vəziyyətindədir. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazerra" telekanalına müsahibəsində bildirib. "Silah imkanlarımızı yeniləmişik, zəif…
Fransada artan yaşayış xərclərinə və təhsil siyasətinə qarşı keçirilən üçüncü etiraz dalğası paytaxt Parisdə iğtişaşlarla müşayiət olunub. Yürüş zamanı radikal etirazçılar polis əməkdaşlarına “Molotov kokteyli” atıb…
Fransada artan yaşayış xərclərinə və hökumətin təhsil siyasətinə qarşı kütləvi etirazların üçüncü dalğası başlayıb. Paytaxt Paris başda olmaqla, ölkənin bir çox böyük şəhərində yüz minlərlə insan küçələrə axışır. 17…
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində "Zikra: xatirələr gecəsi" tamaşası nümayiş olunub. Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir…
ABŞ Dövlət Departamenti təhlükəsizlik təhdidləri ilə əlaqədar Səudiyyə Ərəbistanındakı diplomatlarının və səfirlik əməkdaşlarının ailə üzvlərinin bir hissəsinin ölkədən çıxarılması barədə qərar qəbul edib.Bu barədə…
"Qəbələ" Misli premyer-liqasında 10-cu turunda "Qarabağ" ilə heç-heçə etdi - 0:0. "Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri oyunsonrası mətbuat konfransında jurnalistlərin…
Bakı, 31 oktyabr, AZƏRTACOktyabrın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. AZƏRTAC xəbər verir…
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP…
Avstraliyanın “Cortical Labs” şirkətinin tədqiqatçıları laboratoriyada çoxaldılan canlı beyin hüceyrələrini silikon çiplərə inteqrasiya edərək robot itin hərəkətlərini idarə etməyə nail olublar. Redaktor.az xəbər…
Qax rayonunda baş vermiş qida zəhərlənməsi faktı araşdırılıb. Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib. İlkin məlumata əsasən, zəhərlənmənin meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində…
Türkiyəli aktrisa Bahar Şahin şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib. O, münasibətlərində dəfələrlə xəyanətlə üzləşdiyini və bəzi hallarda bu barədə həqiqəti pərəstişkarlarından öyrəndiyini…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP (
“Möhtəşəm yüz il” serialında Hürrəm Sultan obrazı ilə tanınan türkiyəli aktrisa Məryəm Üzərli Azərbaycana gələcək. Aktrisanın Bakıya gəlişinə səbəb romantik dram janrında çəkilən “İmroz'da Bahar” filmidir. Ekran işinin…
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vensin İranın yüksəkvəzifəli təhlükəsizlik rəsmisi Möhsün Rzayiyə sülh danışıqlarını bərpa etmək məqsədilə göndərdiyi məktubla bağlı…