Prezident İlham Əliyev Roma Papası Fransiskə Azərbaycana səfər etmək üçün dəvət ünvanlayıb, həmçinin Bakıda tikintisi aparılan ikinci katolik kilsəsinin açılışında onun iştirakı gözlənilir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iqtisadçı Ceffri Saksa müsahibəsində bildirib.
H.Hacıyev Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqa xüsusi önəm verildiyini qeyd edib.
O, Müqəddəs Taxt-Tac ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq, Azərbaycanın Romadakı qədim xristian katakombalarının bərpasına dəstək verməsindən məmnunluq duyduğunu diqqətə çatdırıb.