Bakı, 30 oktyabr, AZƏRTAC Bakıda keçirilən FIFA U-15 dünya çempionatının C və D yolunun da qalibləri müəyyənləşib.AZƏRTAC xəbər verir ki, D yolunun finalında Tacikistan və Kanada komandaları 97-ci yer uğrunda mübarizə aparıblar. Qarşılaşma Tacikistan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.C yolunun finalında isə 65-ci yer uğrunda Belarus və Tunis komandaları üz-üzə gəliblər. Görüş Belarus yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Qeyd edək ki, turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.