Bakı, 30 oktyabr, AZƏRTAC Tarix bəzən xalqların qarşısında elə taleyüklü suallar qoyur ki, onların cavabı siyasi qərarlarla bərabər, milli iradənin səfərbər edilməsi, tarixi yaddaşın dirçəldilməsi və gələcəyin fəlsəfi əsaslarının müəyyənləşdirilməsi ilə mümkün olur. Belə məqamlarda şəxsiyyətin böyüklüyü tutduğu vəzifənin miqyası ilə deyil, xalqının taleyində yaratdığı dönüşün dərinliyi ilə ölçülür. XX əsrin mürəkkəb siyasi kataklizmləri, imperiyaların süqutu və yeni dövlətçilik reallıqları fonunda Azərbaycan xalqının tarixi inkişafına istiqamət verən Ümummilli Lider Heydər Əliyevin missiyasını da məhz bu müstəvidə dəyərləndirmək lazımdır. Onun xidmətləri müasir Azərbaycanın siyasi və iqtisadi quruculuğu ilə məhdudlaşmır. Bu missiyanın daha dərin qatında xalqın özünü dərk etməsi, milli kimliyini bütöv şəkildə qavraması və azərbaycançılığın müstəqil dövlətin ideoloji təməli kimi formalaşdırılması dayanır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyib. Deputat bildirib ki, hər bir xalqın tarixi mövcudluğu ilə onun milli şüuru arasında mürəkkəb vəhdət mövcuddur: “Xalqı yalnız eyni ərazidə yaşayan insanların məcmusu kimi səciyyələndirmək mümkün olmadığı kimi, milləti də təkcə ortaq mənşə və dil əsasında izah etmək kifayət deyil. Millət, hər şeydən əvvəl, ortaq tarixi yaddaşın, mənəvi dəyərlərin, gələcəyə dair ümumi təsəvvürlərin və siyasi iradənin daşıyıcısıdır. Bu mənada milli ideologiya xalqın kim olduğunu, hansı dəyərlərə söykəndiyini və hansı məqsədlərə doğru irəlilədiyini müəyyənləşdirən mənəvi-intellektual sistemdir. Heydər Əliyevin azərbaycançılıq qarşısındakı ən mühüm xidmətlərindən biri onun tarixi-mədəni mahiyyətini müstəqil dövlətin ideoloji prinsipləri səviyyəsinə yüksəltməsidir. Ulu Öndərin strateji baxış bucağından azərbaycançılıq ideyası artıq yalnız milli mənsubiyyət hissini ifadə edən anlayış deyil, dövlətin mövcudluq fəlsəfəsini, cəmiyyətin birliyini və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən ümummilli məfkurə kimi təqdim edildi. Bu məfkurənin mərkəzində isə dövlətçilik dayanır. Dövlətçilik sadəcə ərazi, sərhəd və idarəetmə mexanizmlərinin mövcudluğu deyil. O, xalqın öz taleyinə sahib çıxmaq iradəsinin siyasi-hüquqi ifadəsidir. Müstəqil dövlət milli varlığın qorunmasının təminatı olmaqla yanaşı, həmin varlığın gələcək nəsillərə ötürülməsi üçün də zəruri şərait yaradır. Bu baxımdan azərbaycançılıqla dövlətçilik bir-birini tamamlayan iki fundamental anlayışdır: milli kimlik dövlətçiliyə mənəvi məzmun verir, dövlətçilik isə milli kimliyin sərbəst inkişafı üçün siyasi məkan yaradır. Heydər Əliyevin ideoloji konsepsiyasında milli-mənəvi dəyərlərin xüsusi yer tutması da bu məntiqdən irəli gəlir. Ana dili, ədəbiyyat, tarix, adət-ənənələr və mənəvi irs xalqın özünəməxsusluğunu qoruyan əsas dayaqlardır. Lakin bu dəyərləri qorumaq keçmişi dəyişməz şəkildə təkrarlamaq demək deyil. Əsl milli ənənə yaşadıldıqca inkişaf edən, yeni nəsillərin düşüncəsində yeni məna qazanan və zamanın sınaqlarından keçərək zənginləşən dəyərlər sistemidir. Milli irs müasir həyatın yaradıcı qüvvəsinə çevrildikdə həqiqi tarixi missiyasını yerinə yetirir”. Azərbaycançılıq məfkurəsi milli birliyin və dövlətçiliyin əsasını təşkil edir Ulu Öndərin azərbaycançılıq məfkurəsinin sistemləşdirilməsindəki tarixi missiyasının digər mühüm tərəfinin onun bu ideyanı dövlət siyasətinin müxtəlif istiqamətləri ilə əlaqələndirməsi olduğunu vurğulayan deputat qeyd edib ki, hüquqi dövlət quruculuğu, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi, milli mədəniyyətin inkişafı, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması və dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi vahid strateji baxışın tərkib hissələrinə çevrilib. “Bununla belə, hər hansı ideologiyanın tarixi gücü onun yalnız keçmişdə qazandığı nüfuzla deyil, gələcək nəsillərin həyatında yaratdığı məna ilə müəyyən olunur. Azərbaycançılığın yaşaması onu şüar kimi təkrarlamaqdan daha artıq məsuliyyət tələb edir. Bu məfkurə milli dilə, tarixə və mədəniyyətə hörmətdə, dövlət qarşısında məsuliyyətdə, cəmiyyətin birliyində, insan ləyaqətinə münasibətdə və ölkənin gələcəyinə xidmət edən əməli fəaliyyətdə öz təsdiqini tapmalıdır. Heydər Əliyevin tarixi missiyasını fəlsəfi baxımdan səciyyələndirən əsas cəhət də budur: Ulu Öndər milli ideyanı tarixin yaddaşından götürərək müasir dövlətin ideoloji dayağına çevirdi. Onun fəaliyyəti azərbaycançılığın ayrı-ayrı tarixi mərhələlərdə meydana çıxmış ideya və dəyərlərini vahid dövlətçilik konsepsiyası daxilində birləşdirdi. Bu mənada Ulu Öndərin irsi yalnız müəyyən dövrün siyasi təcrübəsi deyil, milli özünüdərk, dövlətçilik və tarixi məsuliyyət haqqında düşüncələr sistemidir. Zaman dəyişir, beynəlxalq münasibətlər yenilənir, cəmiyyətlər yeni çağırışlarla qarşılaşır. Lakin xalqın özünü tanımaq, öz taleyinə sahib çıxmaq və gələcəyini müstəqil müəyyənləşdirmək ehtiyacı dəyişmir. Azərbaycançılığın tarixi davamlılığı da məhz bu ehtiyacdan qaynaqlanır. Heydər Əliyevin xidmətlərinin miqyası onun bu fundamental həqiqəti siyasi uzaqgörənliklə dərk etməsində və onu dövlət quruculuğunun əsas prinsiplərindən birinə çevirməsindədir”, - deyə Milli Məclisin deputatı diqqətə çatdırıb.
Bu gün
2364 xəbər bu gün
Kriptovalyuta birjası “Binance” kiberhücum nəticəsində oğurlanmış aktivlər üzrə itkilərin 90 faizini geri ödəyib.
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq…
Sabirabad rayonunda avtomobilin vurduğu piyada ağır xəsarət alıb. Hadisə rayonun Çölbeşdəli kəndində qeydə alınıb. Minik avtomobili yolun kənarında dayanan kənd sakini Yaşar Qubalı oğlu Məmmədovu vurub. Nəticədə piyada…
Qazaxıstanın Xəzər dənizi sahillərində əməliyyat keçirilib. Bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. Bildiriib ki, oktyabr ayı ərzində digər dövlət qurumları ilə birgə keçirilən əməliyyat-profilaktik…
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq…
Hörmüz boğazında İranın müəyyənləşdirdiyi marşrutla hərəkət etməyən neft tankeri minaya düşüb. İran mediasına istinadən, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb. "Bu gün günortadan sonra…
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycana dəvət olunub. Bu barədə Modern.az-a MPH sədrinin baş müşaviri, partiyanın İdarə Heyətinin üzvü Esma Özdaşlı məlumat verib. O, qeyd edib…
İngiltərə Premyer Liqasının IX turunda "Mançester Siti" doğma meydanda "Brayton"a 0:1 hesabı ilə məğlub olub. Qarşılaşma Mançesterdə yerləşən "Etihad" stadionunda keçirilib. Oyunda yeganə qolu 11-ci dəqiqədə "Brayton"un…
Azərbaycanda internetdən istifadə səviyyəsi yüksəlməkdə davam edir. Son illərdə internetdən istifadə edən qadın və kişilərin göstəriciləri arasındakı fərq də əhəmiyyətli dərəcədə azalıb. Banker.az saytının verdiyi…
Türkiyə Qara dənizdə təhlükəsizliyin təmin olunması istiqamətində səylərini və Rusiya ilə təmaslarını davam etdirəcək.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir…
Berlin, 31 oktyabr, AZƏRTAC Almaniyanın 30-dan çox şəhərində gənclərin sosial tələblərlə bağlı keçirdiyi etiraz aksiyalarında 100 mindən çox insan iştirak edib.AZƏRTAC xəbər verir ki, “Gen Z regelt” təşəbbüsünün çağırışı…
London, 31 oktyabr, AZƏRTAC Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmer Avropa ölkələrini müdafiə və təhlükəsizlik sahəsində daha çox məsuliyyət götürməyə çağırıb.AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, Kir Starmer…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bəhreyndə Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Casim əl-Budeyvi ilə görüşüb.
Участие главы МИД РФ Сергея Лаврова в совещании министров иностранных дел G20 в Атланте стало хорошей возможностью для продолжения взаимодействия с Россией. Об этом заявил...
Канада готова отложить заключение торгового соглашения с США до формирования новой американской администрации по итогам выборов 2028 года, если сторонам не удастся достичь взаимоприемлемых договоренностей. Как передает…
Sumqayıtda məktəbli qız küçədə döyülüb. Lent.az-a istinadən, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb. 18 yaşlı Samir Musayev (şərti adla) sevgili münasibətlərində olduğu 15 yaşlı…
Marko Rubio
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib. Ukrayna mediasına istinadən, o bu barədə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib…
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub.
Qaxda 7 nəfər qidadan zəhərlənib.Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub.TƏBİB-dən…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP…
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub. Bu barədə tanınmış bloqer Saleh Nəsirov paylaşım edib. O qeyd...
Qaxda 7 nəfər qidadan zəhərlənib. Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, 7 nəfər (6 kişi, 1 qadın) zəhərlənmə diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə daxil olub. TƏBİB-dən…
Lənkəran şəhərində özünü hüquq-mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edən naməlum şəxs müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində S.Dadaşzadə saxlanılıb. Araşdırmalarla onun…
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Casim Məhəmməd əl-Budeyvi ilə Bəhreynin paytaxtı Manamada Cənubi Qafqazda regional əlaqələr, TRIPP…
Misli Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “Qəbələ” matçı qolsuz bərabərlikə başa çatıb. Oyunun gedişində “Qarabağ”ın futbolçuları Marko Yankoviç və Mateus Silva arasında dava olub. Oyunda fasilədə…
Türkiyə Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün səylərini və Rusiya ilə bu istiqamətdə təmasları davam etdirəcək.
Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün təhlükəsizliyinin təmin edilməsinə dair ideyaları ABŞ-yə təqdim edib. Xarici mediaya istinadən, bu barədə ABŞ Dövlət katibi Marko Rubio Atlantada G20 ölkələrinin xarici…
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin nizamlanması üzrə üçtərəfli danışıqların Türkiyədə keçirilməsini təklif edib. Ukrayna mediasına istinadən, o bu barədə Ankarada türkiyəli həmkarı Rəcəb Tayyib…
Almaniyanın 30-dan çox şəhərində, o cümlədən Berlin, Hamburq, Köln, Münhen, Frankfurt-Mayn və Ştutqartda gənclərin genişmiqyaslı etiraz aksiyaları başlayıb. Aksiyalara ölkə üzrə təxminən 160 min nəfərin qatılmasını…
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qara dəniz Taxıl dəhlizinin fəaliyyətinin davam etdirilməsi istiqamətində əməkdaşlıq barədə razılığa gəlib. Bunu Zelenski İstanbulda…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla işçi səfəri çərçivəsində İstanbula gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək görüş keçirilib. Zelenski Türkiyə Prezidenti Rəcəb…
Astanada güləş üzrə dünya çempionatı davam edir. "Football-plus.az" xəbər verir ki, 8-ci yarış günündə sərbəst güləşdə 6 təmsilçimiz mübarizə aparıb. 1/16 finalda İslam Bazarqanov (57 kq) yarımfinalda Spenser Liyə (ABŞ)…
Premyer-liqanın 8-ci turunda məhsuldarlıq yüksək olmasa da, maraqlı nəticələr qeydə alındı. “Mançester Siti” cari mövsümdə ilk dəfə uduzdu. Belədə “Everton”un qapısından iki cavabsız top keçirən “Arsenal” zirvəyə şərik…
Moskva, 31 oktyabr, AZƏRTAC Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva şəhərində terror aktı hazırlığı ilə bağlı ABŞ tərəfdən məlumat alıb.AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya FTX-dən bildirilib.“ABŞ tərəfi…
Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq…
ABŞ Prezidenti Donald Tramp Kuba ilə bağlı vəziyyətin onun prezidentlik müddəti başa çatana qədər dəyişəcəyini bildirib.
Президент Финляндии Александер Стубб заявил в интервью телерадиокомпании Yle, что он и премьер-министр Норвегии Йонас Гар Стёре провели телефонный разговор с лидером России Владимиром Путиным по просьбе Украины....
Госсекретарь США Марко Рубио обсудил с главой МИД России Сергеем Лавровым в Атланте (штат Джорджия) в том числе перспективы встречи российского президента Владимира Путина и...
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalının "Startup School 4: Five Continents - 500 Startups" qlobal innovasiya proqramının final mərhələsi - "Demo Day"…
На окраине Парижа, в районе Порт-де-Баньоле, начались очередные акции протеста старшеклассников и студентов, выступающих против повышения цен на топливо и роста стоимости жизни. Со ссылкой на Le Monde, по данным МВД…
Nazir