Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo Mao Tszedonqun memi ilə bağlı mübahisələr fonunda Kilian Mbappeni müdafiə edib.
Daha əvvəl Fransa millisinin və “Real Madrid”in hücumçusu bildirmişdi: “Məni ən çox güldürən, məni Çin diktatoru kimi təsvir etdikləri mem idi. Mən bunu tez-tez dostlarımla istifadə edirəm”.
Bundan sonra bir neçə Çin şirkəti oyunçu ilə əməkdaşlığı dayandırdı və ölkədə La Liqa oyunlarının yayımı dayandırıldı – hücumçunun və Madrid klubunun üzr istəməsi heç nəyi dəyişmədi.
Diallo “Ouest-France”a bildirib:
“Mən bu mübahisəni görmüşəm – əlbəttə ki, bir az həddindən artıqdır. Düşünmürəm ki, Kilian Çin liderinin nüfuzuna hər hansı bir şəkildə xələl gətirmək, Çin xalqını təhqir etmək və ya incitmək niyyətində olub. Ümid edirəm ki, bu müzakirə uzanmayacaq”.