Eldar Seyidov: 3 rayon üzrə ümumilikdə 4 041 ailə doğma yurduna qayıdıb yaşayır

Hazırda Ağdam rayonunda 2 076 ailə olmaqla 8 059 nəfər, Füzuli rayonunda 827 ailə olmaqla 3 175 nəfər, Xocavənd rayonunda isə 1 138 ailə olmaqla 4 699 nəfər sakin məskunlaşıb.

Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov Ağdam rayonunda keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclasında deyib.

O bildirib ki, beləliklə, qeyd olunan üç rayon üzrə ümumilikdə 4 041 ailə, 15 933 nəfər sakin doğma torpaqlarına qayıdaraq burada yaşayır.