İşğaldan azad edilmiş ərazilərdə meşə fondunun artırılansı məqsədilə 610 hektar sahədə əkin və səpin işləri aparılıb.
"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, bunu Əlaqələndirmə Qərargahınln Ağdamda keçirilən iclasındakı çıxışı zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
"İndiyədək Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdərə, Laçın və Füzuli rayonlarında ümumilikdə 610 hektar meşə fondu sahəsində əkin və səpin işləri yerinə yetirilib. İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası, sağlam ekoloji mühitin yaradılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi çərçivəsində meşə ilə örtülü ərazilərin və yaşıllıq sahələrinin artırılması, yeni xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması, habelə işğaladək mövcud olmuş xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin yenidən bərpası, biomüxtəlifliyin artırılması və qorunması, müşahidə və monitorinq sistemlərinin bərpası iləbağlı tədbirlər davam etdirilir.
V. Kərimov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə meşəbərpa tədbirlərinin həyata keçirilməsi çərçivəsində ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları nəzərə alınmaqla cari dövrədək Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazi planlaşdırma sənədlərində yeni yaşıllıq zolaqlarının salınması üçün nəzərdə tutulan torpaq sahələrində ümumilikdə 205 hektar yaşıllıq massivi salınıb.