Almaniyanın şimalında məktəb avtobusu binaya çırpılıb.
“Bild” qəzetinin məlumatına görə, qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Avtobusda təxminən 20 uşaq olub.
Qəza zamanı avtobus binaya çırpılıb, sürücü isə nəqliyyat vasitəsində sıxışıb qalıb. Yaralıların dəqiq sayı və vəziyyəti hələ açıqlanmayıb.