Uşaqlar niyə xoruldayır? - Ən çox rast gəlinən səbəblər açıqlandı

Tez-tez xoruldama böyüklərdə müşahidə olunsa da, bəzi hallarda uşaqlar da xoruldayır.

"lenta.ru"ya istinadla, bu barədə rusiyalı həkim Yekaterina Krasnoşeyeva danışıb.

Həkimin sözlərinə görə, uşaqlarda xoruldamanın ən geniş yayılmış səbəbi adenoid və badamcıqların böyüməsidir. Bu limfoid toxumalar normal halda orqanizmi infeksiyalardan qoruyur, lakin həddindən artıq böyüdükdə udlağın boşluğunu daraldır və uşağın sərbəst nəfəs almasına mane olur.

Y.Krasnoşeyeva uşaqlarda xoruldamanın digər geniş yayılmış səbəbləri arasında allergik rinit və burun tutulmasını da qeyd edib. O bildirib ki, mövsümi allergiyalar, ilboyu davam edən allergik zökəm və ya adi soyuqdəymə burun selikli qişasının şişməsinə və burunla nəfəs almağın çətinləşməsinə səbəb olur.

Həkim uşaqlarda xoruldamanın digər səbəbləri kimi burun çəpərinin əyriliyini, damağın dar olmasını, dişləm pozuntularını və artıq çəkini də sadalayıb.