Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyası üzrə növbəti iclası keçirilir.
Iclasın gündəliyinə bir məsələ daxil edilib.
Komitənin bugünkü iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında məsələ gündəlikdə müzkirəyə çıxarılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən Əliyeva Səbinə Yaşar qızı, Qaracayev Ceyhun Yasinali oğlu və Vəliyeva Elşanə Rafiq qızının namizədliyi irəli sürülüb.
Xatırladaq ki, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi 3 namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə müəyyənləşir.
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə tənzimlənir.
Hazırkı ombudsman Səbinə Əliyevadır. O bu vəzifəyə 2019-cu ilin noyabrında seçilib.