Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Yəmənin qiyamçı “Ənsarallah” Hərəkatının (husilər) Məkkə şəhərinə atdığı dronu məhv edib.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bu hadisə son həftələrdə husilərin Səudiyyə Ərəbistanına qarşı həyata keçirdiyi hava hücumlarının növbəti epizodudur. Son həftələrdə husilər dron və raketlərdən istifadə edərək krallığın hərbi obyektlərini, hava limanlarını və enerji infrastrukturunu hədəfə alıblar.