Premyer Liqasında X tura start veriləcək

Misli Premyer Liqasında X tura bu gün start veriləcək.

Günün yeganə oyununda "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.

Qarşılaşma Tovuz şəhər stadionunda, saat 18:30-da start götürəcək.

Ehtiyatda daha bir oyunu olan Bakı klubu 20 xalla birinci pillədə qərarlaşıb. Qərb təmsilçisi 9 matçdan sonra 15 xalla dördüncüdür.

Misli Premyer Liqası

I dövrə, X tur

30 oktyabr

18:30. "Turan Tovuz" – "Sabah"

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Namiq Hüseynov, Əkbər Əhmədov.

VAR: Fərid Hacıyev.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Asim Xudiyev.

AFFA nümayəndəsi: Elman Musayev.

Tovuz şəhər stadionu

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında X tura noyabrın 2-də yekun vurulacaq.