“Miss Rusiya – 2024” və “Miss BRİKS” müsabiqələrinin qalibi, 20 yaşlı Valentina Alekseyeva 50 yaşlı biznesmen İlya Mitelmanla toy planları barədə danışıb.
Modelin açıqlamasını “KP.RU” nəşri yayıb.
Alekseyeva bildirib ki, gələcək toyu ilə bağlı müəyyən təsəvvürləri var.
Model vurğulayıb ki, nə çox genişmiqyaslı toy mərasimləri, nə də həddindən artıq sadə və təmtəraqsız mərasimlər onun zövqünə uyğundur.
“Axı ortada bir variant da seçmək olar. Mütləq ifrat minimalizmə üstünlük vermək və ya 1000 nəfərlik böyük mərasim təşkil etmək lazım deyil. Düşünürəm ki, mənim toyum bu iki variantın arasında olacaq”, – deyə Alekseyeva qeyd edib.