“Binance” bütün pul köçürmələrini dayandırıb, zərəri ödəyəcək

Dünyanın ən böyük kriptovalyutaları olan “Bitcoin” və “Ethereum”un qiymətində kəskin ucuzlaşma qeydə alınıb.

Bu barədə “Binance” kriptovalyuta birjasının məlumatlarında bildirilir.

Oktyabrın 30-da Bakı vaxtı ilə saat 00:47-də “Bitcoin”in qiyməti 3,32 faiz azalaraq 78 min 341 dollara düşüb. “Ethereum” isə 5,01 faiz ucuzlaşaraq 2 min 233 dollar səviyyəsinə enib.

“CoinMarketCap” platformasının məlumatına görə, oktyabrın 29-da qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,67 trilyon dollar təşkil edib. Bunun 1,6 trilyon dolları (60,2 faiz) “Bitcoin”in, 276,6 milyard dolları (10,5 faiz) isə “Ethereum”un payına düşüb.

“CoinGlass” platformasının məlumatına əsasən, son sutka ərzində dünya kriptovalyuta birjalarında 158 mindən çox treyderin ümumilikdə 923,54 milyon dollar dəyərində mövqeyi məcburi bağlanıb.

Ləğv edilən mövqelərin böyük hissəsi “Bitcoin”lə bağlı olub. Ən iri likvidasiya əməliyyatı isə “Binance” birjasında BTC/USDT cütlüyü üzrə qeydə alınıb və 11,09 milyon dollar təşkil edib.