Bakı, 30 oktyabr, AZƏRTAC Yəmənin “Ənsar Allah” hərəkatının husiləri Səudiyyə Ərəbistanındakı neft obyektlərinə, hava limanlarına və hərbi hədəflərə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiklərini açıqlayıblar.AZƏRTAC xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri məlumat verib.Onun sözlərinə görə, altı hərbi əməliyyat çərçivəsində krallığın şərqindəki Ras Tanura neft emalı zavodu və “Saudi Aramco” şirkətinin obyektləri, eləcə də Rabigh neft emalı zavodu hədəfə alınıb.Səri, həmçinin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu edildiyini, Dammamdakı Kral Fəhd Beynəlxalq Hava Limanına pilotsuz uçuş aparatı ilə hücum nəticəsində hava nəqliyyatının dayandırıldığını iddia edib.Husilərin sözçüsünün bildirdiyinə görə, Nəcran bölgəsindəki Səudiyyə Ərəbistanı hərbi komandanlıq məntəqəsinə də hücum edilib. Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olduğu bildirilib.
Husilər Səudiyyə Ərəbistanındakı bir sıra obyektlərə zərbələr endiriblər
Mənbə: azertag.az/xeber/husiler_seudiyye_erebistanindaki_bir_sira_obyektlere_zerbeler_endiribler-4487442