Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobilinin qəzaya uğraması səbəbindən yaranan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Qeyd edək ki, qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.