Tovuzda yol qəzası baş verib xəsarət alanlar var

Hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. "VAZ 21011" markalı avtomobillə "Opel" markalı maşın toqquşub.

Ilkin məlumata görə, hadisədə üç nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.