Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib.
Bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“Park türk xalqlarının ortaq tarixi və mədəni irsini, zəngin sivilizasiya ənənələrini və ümumi dəyərlərini təcəssüm etdirir. Bu təşəbbüs türk dövlətləri arasında mədəni əlaqələrin gücləndirilməsinə, xalqlar arasında qarşılıqlı anlaşma, həmrəylik və əməkdaşlığın təşviqinə töhfə verir”, – paylaşımda bildirilib.
X paylaşımıMinister of Foreign Affairs of the Republic of Azerbaijan Jeyhun Bayramov participated in the opening ceremony of the Turkic States Civilization Park held on the sidelines of the Summit of the Organization of Turkic States (OTS).x.com/AzerbaijanMFA/status/2115892507976339881