Bakıda yük avtomobili qəza törətdi, yol bağlandı - YENİLƏNİB

Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə yük avtomobili qəza törədib.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Hazırda yük avtomobillərinin kənarlaşdırılması və hərəkətin bərpa olunması məqsədilə polis zəruri tədbirləri görür.