Azərbaycan Texniki Universitetində (AzTU) yeni kadr təyinatı olub.
Yurd.media-ya istinadla, bununla bağlı bununla bağlı rektor Vilayət Vəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Rəna Cəbrayılova universitetin Tələbələrlə iş və sosial fəaliyyətlər şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
O, bundan əvvəl, 2025-ci ilin avqustundan 2026-cı ilin oktyabrınadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə işləri mərkəzinin rəhbəri vəzifəsini tutub. Eləcə də 2009-2026-cı illərdə Dövlət İmtahan Mərkəzində təhsil eksperti kimi fəaliyyət göstərib.