Bakı, 29 oktyabr, AZƏRTAC İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi (CECECO), SOCAR Green və Avropa Hidrogen Assosiasiyası tərəfindən 2026-cı il Hidrogen Həftəsi çərçivəsində Brüsseldə “Formalaşmaqda olan təmiz enerji bazarlarının Avropa ilə əlaqələndirilməsi: yaşıl hidrogenin inkişafının sürətləndirilməsi” mövzusunda yüksək səviyyəli tədbir təşkil edilib.AZƏRTAC xəbər verir ki, tədbirdə dialoqun təşviqi, bilik və təcrübə mübadiləsi, əməkdaşlıq üçün yeni imkanların müəyyənləşdirilməsi, eləcə də enerji keçidi sahəsində ortaq hədəflərin konkret tərəfdaşlıq və təşəbbüslərə çevrilməsi baxımından mühüm platforma rolu oynadığı bildirilib, Azərbaycanın Avropa İttifaqının (Aİ) etibarlı enerji tərəfdaşı kimi rolu, enerji sahəsində strateji əməkdaşlığın əhəmiyyəti, habelə bərpaolunan enerji sahəsində tərəfdaşlığın daha da genişləndirilməsi perspektivlərini diqqətə çatdırılıb.Müzakirələr zamanı təmiz enerji bazarlarının inkişafında dövlət və özəl sektorun, sənaye nümayəndələrinin, eləcə də beynəlxalq və regional təşkilatların rolu və bu istiqamətdə müxtəlif yanaşmalar diqqət mərkəzində olmub. Xüsusilə, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) regionunu Avropa ilə birləşdirən yaşıl enerji dəhlizlərinin potensialına, o cümlədən yaşıl hidrogen ixracı imkanlarına, habelə bu təşəbbüslərin dayanıqlı iqtisadi artıma, regional bağlantıların gücləndirilməsinə və transsərhəd enerji əməkdaşlığının genişləndirilməsinə verə biləcəyi töhfələrə ciddi müzakirə olunub.Tədbir yaşıl hidrogenin inkişafı, əlverişli siyasət çərçivələrinin formalaşdırılması, investisiyaların cəlbi, infrastrukturun inkişafı və beynəlxalq əməkdaşlıq daxil olmaqla, təmiz enerjinin inkişafı üçün zəruri şərtlər ətrafında dialoqun təşviqinə xidmət edib. Avropanın və formalaşmaqda olan təmiz enerji bazarlarının nümayəndələrini bir araya gəldiyi tədbirdə qarşılıqlı əlaqəli və dayanıqlı enerji bazarlarının potensialından səmərəli istifadə və onların inkişafının sürətləndirilməsi üçün əməkdaşlığa əsaslanan yanaşmaların əhəmiyyəti vurğulanıb.Bununla yanaşı, tədbir çərçivəsində CECECO tərəfindən hazırlanmış “Hidrogen üzrə Bilik Bələdçisi: Əsas Terminlər və Təriflər” nəşri təqdim olunmub. Hidrogen dəyər zənciri üzrə əsas anlayışların vahid şəkildə anlaşılmasına yardım edən bələdçi 12 tematik fəsildən ibarətdir və regionda biliklərin artırılmasına, potensialın gücləndirilməsinə xidmət edir. Nəşr, həmçinin beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bərpaolunan, təmiz, sıfır emissiyalı və aşağı karbonlu hidrogenin inkişafının miqyasının genişləndirilməsini nəzərdə tutan COP29 Hidrogen Bəyannaməsinin məqsədlərinə töhfə verir.