Bakıda ən iri magistral su kəməri ilə bağlı baş plan hazırlanır

Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və trassa boyunca yerləşən mərkəzi su anbarlarının tikintisi çərçivəsində baş plan hazırlanır.

Ölkə.az-ın əldə etdiyi xəbər görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti "Geo-Su Group" MMC ilə müqavilə imzalayıb.

Qurum tərəfindən layihə-smeta sənədlərinin hazırlanmasına 270 min 220 manat ayrılıb.

Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti daha əvvəl layihə-smeta sənədlərinin hazırlanmasına 961 min manat vəsaitin sərf olunacağını proqnozlaşdırmışdı.