“Kristal Bakı” 2025-ci il üzrə işçi sayını açıqladı

2025-ci ilin əvvəlində “Kristal Bakı” ASC-də 1254 nəfər işçi çalışıb. İlin I rübündə şirkətə 385 nəfər işə götürülüb, 331 nəfərin əmək müqaviləsinə xitam verilib və rübün sonuna işçi sayı 1308 nəfər təşkil edib.

Ikinci rübdə kadr hərəkətliliyi kəskin artaraq 1609 nəfər işə qəbul edilib, 940 nəfər işdən çıxıb və rüb sonuna qalıq işçi sayı 1977 nəfərə yüksəlib.

Üçüncü rübdə 401 nəfər işə götürüldüyü halda, 1191 nəfərlə yollar ayrılıb və işçi sayı 1187 nəfərə enib.

İlin sonuncu – IV rübündə isə şirkət 567 nəfəri işə qəbul edib, 250 nəfərin müqaviləsinə xitam verib və beləliklə, “Kristal Bakı” ASC 2025-ci ili 1504 nəfər işçi heyəti ilə başa vurub.