Ankarada XİN rəhbərlərinin görüşü başladı

Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşü başlayıb.

Hazırda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir.

Nazirləri Türkiyənin XİN rəhbəri Hakan Fidan qarşılayıb.

İclasdan əvvəl birgə fotoşəkil çəkdirilib. Daha sonra Nazirlər Şurasının iclası başlayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beştəpəyə gəlib. (Unikal)