Ermənistanın Baş naziri Nikol Paşinyan Artur Cavadyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilməsi barədə qərar imzalayıb.
Bu barədə "Aysor" məlumat yayıb.
“Diplomatik xidmət haqqında” Qanunun 16-cı maddəsinin 1-ci hissəsini rəhbər tutaraq, Artur Cavadyan xüsusi tapşırıqlar üzrə səfir vəzifəsindən azad edilsin”, – deyə qərarda bildirilir.
Ermənistan KİV-ə görə, Artur Cavadyan 2008–2020-ci illərdə isə Ermənistan Mərkəzi Bankının sədri olub. 2020-ci il iyunun 16-da Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilən Cavadyan, həmçinin 2020-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasında Ermənistanın nümayəndəsi olub