Sabah 7 kənddə qaz olmayacaq

Sabah Yardımlı rayonunun 7 kəndinin qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı şəhərinin və rayonun Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.