“Barselona”da ciddi itki

İspaniya La Liqasının 10-cu turunda “Real”la keçirilən oyun (1:2) “Barselona” üçün ciddi itki ilə də yadda qalıb.

Komandanın sağ cinah müdafiəçisi Xavi Espart zədələnib. O, xəsarət alaraq 30-cu dəqiqədə meydanı tərk edib.

Klubun mətbuat xidməti futbolçunun durumu barədə məlumat yayıb. Müayinələr nəticəsində Espartın rəqib futbolçu ilə toqquşma zamanı sağ topuq nahiyəsində sindesmoz zədəsi aldığı müəyyənləşib. Onun təxminən 7 həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir.