Sürücülərin diqqətinə! Sabah bəzi yollar bağlanacaq

Oktyabrın 29-u saat 08:00-dan etibarən Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri aparılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, eyni zamanda, Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində yolun hərəkət hissəsinin genişləndirilməsi məqsədilə ayırıcı zolağın ləğvi işləri görüləcək.

İşlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.