Ərdoğan və Tokayev Prezident Sarayında təkbətək görüş keçiriblər.
Görüşdə həmçinin xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, ticarət naziri Ömer Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Burhanəddin Duran, milli kəşfiyyat təşkilatının rəhbəri İbrahim Kalın, prezidentin aparat rəhbəri Hasan Doğan, prezidentin müdafiə sənayesi direktoru Haluk Görgün, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç, Türkiyə Sərvət Fondunun baş meneceri Salim Arda Ermut, AK Partiyasının sədr müavini və türkdilli dövlətlərlə əlaqələr üzrə rəhbəri Kürşad Zorlu və Türkiyənin Astanadakı səfiri Mustafa Kapucu iştirak edib.
Görüşlər bağlı qapılar arxasında keçirilib.