Bakı, 28 oktyabr, AZƏRTAC Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “Sərhədçi” İdman Olimpiya Mərkəzində növbəti əmək yarmarkası təşkil edib. Yarmarkanın keçirilməsində məqsəd işsiz və işaxtaran vətəndaşlarla işəgötürənlərin görüşünün təşkil edilməsi, real bazardakı vakansiyaların onlara təqdim olunması və bu vakansiyalar vasitəsilə vətəndaşların işlə təmin edilməsinə dəstək göstərməkdir. AZƏRTAC-ın tədbirin açılış mərasimində iştirak edən əməkdaşları xəbər verir ki, budəfəki əmək yarmarkasında 150 müəssisə tərəfindən 1000-dən artıq vakansiya təqdim olunub.Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev əmək yarmarkalarının vətəndaşların məşğulluq imkanlarının genişləndirilməsi, mövcud vakansiyalar barədə məlumatlandırılması və işəgötürənlərlə birbaşa əlaqələrinin qurulması baxımından əhəmiyyətini qeyd edib. O, aktiv məşğulluq tədbirlərinin təşkilində Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev aktiv məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının əhalinin məşğulluğunun təmin edilməsində effektiv alətlərdən biri olduğunu bildirib. Nazir müavini cari ildə də 200-ə yaxın əmək yarmarkasının keçirildiyini, bu aktiv məşğulluq tədbirlərinin işaxtaran şəxslərlə işəgötürənlər arasında birbaşa əlaqənin qurulmasına, vakansiyalar barədə məlumatlılığın artırılmasına imkan yaratdığını vurğulayıb.Daha sonra stendlərə yaxınlaşan rəsmilər və vətəndaşlar vakansiyalarla tanış olublar.Şirkətlərdən birinin işə qəbul üzrə mütəxəssisi Səbinə Osmanova AZƏRTAC-a açıqlamasında deyib ki, əmək yarmarkasında ikinci dəfə iştirak edir: “Səkkiz vakansiya təqdim etmişik, namizədləri axtarırıq. Gün ərzində müxtəlif vakansiyalar üzrə müraciət edən uyğun namizədlərimiz olub. Günün sonunda ümumi qiymətləndirməyə əsasən onlarla əlaqə saxlayacağıq. Belə yarmarkalardan bizə müraciət edənlər arasında uyğun namizədlər olur”.Məşhur elektronika şirkətində işə qəbul üzrə aparıcı mütəxəssis olan Bəşir Vəliyev AZƏRTAC-a bildirib ki, əvvəllər də əmək yarmarkalarında iştirak edib. “Müraciət edən namizədləri müsahibəyə dəvət edirik. Onlardan daha uyğun olanları işə cəlb edirik”, - deyə o vurğulayıb. Tanınmış mağazalar şəbəkəsinin insan resursları üzrə mütəxəssisi Səidə Ağayeva təmsil etdiyi qurumun bütün əmək yarmarkalarında aktiv iştirak etdiyini, müraciət edənlərdən bəzilərinin işə qəbul olunduğunu diqqətə çatdırıb. O, həmçinin deyib ki, işaxtaranlar yeni texnologiyaya və əmək bazarına uyğunlaşmalı, özlərini inkişaf etdirməlidirlər. Dövlət proqramı ilə Almaniyada təhsil alan Ülvi Həsənov isə ikinci dəfə əmək yarmarkasına gəldiyini bildirib: “Maraqlı, potensial olaraq gələcəkdə işim ola biləcək vakansiyalar var. Başlanğıc üçün maaş önəmli deyil. Növbəti mərhələlər üçün iş yerinin potensialı, karyera imkanları vacibdir”.Xaricdə təhsil alaraq Vətənə dönən gənclərdən biri olan Leyla Əkbərova yarmarkada əsasən data analitikası ilə maraqlandığını vurğulayıb: “Data analitikası sahəsində, kompüter mühəndisliyi ilə bağlı təhsil almışam. Bu sahədə əvvəllər işləmişəm”. Əvvəllər şirkətlərdə mühafizəçi və digər işlərdə çalışdığını bildirən Cəlal Əbülhəsənov yarmarkaya iş tapmaqla bağlı böyük ümidlə qatıldığını diqqətə çatdırıb: “Dedilər ki, burada ilin ən böyük əmək yarmarkası keçirilir. İştirak etmək qərarına gəldim. Hər şey öz qaydasındadır”.İyirmi ildən çox iş təcrübəsi olan Sevinc Mustafayeva da yarmarkada yeni iş yeri tapacağına inandığını qeyd edib: “İşlə əlaqədar yarmarkaya müraciət etmişəm. Bu gün böyük bir əmək yarmarkası olduğuna görə buraya gəlmişəm”. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müavini Ramal Quluzadə jurnalistlərə açıqlamasında əmək yarmarkalarında müxtəlif istiqamətlər üzrə təlim proqramlarının, təqdimatların keçirildiyinə diqqət çəkib: “Bu, həm işaxtaranlarımızın sayı, həm təqdim edilmiş vakansiyaların sayının həcminə görə böyük bir yarmarkadır. Ümid edirik ki, bu yarmarkada həm iştirakçı sayı, həm də işlə təminetmə ilə bağlı nəticələr kifayət qədər yüksək olacaq. Təqdim edilmiş vakansiyalar isə həm dövlət, həm də qeyri-dövlət sektorunda kifayət qədər fərqli iqtisadi fəaliyyət növləri üzrə vakansiyalar təqdim edilib. Burada emal sənayesi, maliyyə-mühasibatlıq, bank sektoru, istehsalat və digər sahələr üzrə vakansiyalar təqdim olunub”. Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyinin tabeliyindəki Bakı Peşə Hazırlığı Mərkəzi və Mərkəzi Karyera filialı da yarmarkada stendləri ilə təmsil olunub. İşsiz və işaxtaran vətəndaşlara peşə hazırlığı kursları, həmin kurslara müraciət qaydaları barədə ətraflı məlumat verilib. Yarmarka çərçivəsində Mərkəzi Karyera Filialı tərəfindən iştirakçılara peşəyönümü məsləhət xidməti ilə bağlı məlumatlandırma təlimi də keçirilib. Müxbir - Nailə Həsənova
Bu gün
1872 xəbər bu gün
Milli Məclisin növbəti plenar iclası 3 noyabrda keçiriləcək. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi (PFDK) “Qalatasaray” və “Fənərbağça” arasında keçirilən derbidən sonra baş verən hadisələrlə bağlı qərarını açıqlayıb. Komitə qarşılaşmadan sonra baş…
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb. Parlamentin növbəti iclası noyabrın 3-də keçiriləcək. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında məlumat verib. Bəsti Rəfizadə Sfera.az
Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilən inzibati xətalar sırasına iki yeni halın əlavə edilməsi təklif olunur. Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə…
Professor Ceffri Saks və Hikmət Hacıyevin Bakıdakı görüşü, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni əməkdaşlıq mühiti, Ermənistanla sülh prosesi, COP29 və Avropaya yaşıl enerji dəhlizi barədə ətraflı məlumat.
Astarada torpaq sürüşməsi baş verib. Sürüşmə gecə saatlarında rayonun Vaqo kəndində Pensərçay axınının sol istiqatində qeydə alınıb. Əsası 1988-ci illərdə qoyulan bus bəndlər, rayonda yağan aramsız yağışlar nəticəsində…
Bakı, 30 oktyabr, AZƏRTACUşaqlar üçün bu turnir fantastik və unudulmaz təcrübə oldu. Qısa müddətdə 10 oyun keçirmək, hər matça fərqli plan və yanaşma ilə hazırlaşmaq onlar üçün çox böyük təcrübə idi. AZƏRTAC xəbər verir…
Azərbaycanda avtomobil idarə edərkən telefondan istifadə edən, eləcə də nəqliyyat vasitəsində reklam yerləşdirilməsi qaydalarını pozan sürücülərə cərimələrin tətbiqi mexanizmi dəyişdiriləcək. Bu məsələ Milli Məclisin bu…
Məhkəmə eksperti olmayan şəxslərin bu fəaliyyəti ilə məşğul olmasına görə cərimələr müəyyənləşdirilir. Bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə…
Milli Məclisin növbəti plenar iclası 3 noyabrda keçiriləcək. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bir sıra qurumların strukturu təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Sənədə əsasən, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin, "Aqrar…
Şəxsi maraqların müdafiəsi, özü və ya digər şəxslər üçün qanunsuz maddi və digər nemətlər, imtiyazlar və ya güzəştlər əldə etmək məqsədilə bilə-bilə yalan və ya böhtan xarakterli məlumat verilməsi korrupsiya ilə əlaqədar…
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimənin tətbiqi yeni qaydada aparılacaq.
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası noyabrın 3-də keçiriləcək. Bu barədə parlamentin sədri Sahibə Qafarova bugünkü iclasda məlumat verib. ...
Bakı, 30 oktyabr, AZƏRTAC Azərbaycan Yazıçılar Birliyində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş “Böyük amallar və arzular şairi” kitabının təqdimat mərasimi keçirilib. AZƏRTAC xəbər verir…
Dövlət xidmətlərinin göstərilməsi zamanı qanunvericiliyin tələblərini pozan vəzifəli şəxslərə 250 manatdan 1050 manatadək, korrupsiya faktı barədə məlumat verən şəxslərə qarşı qisas məqsədilə qanunsuz tədbirlər görənlərə…
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb. Bu mərhələdə Ağdam şəhərinə 70 ailə – 238 nəfər, köçürülüb. Köçürülənlər respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda…
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O…
Böyük Britaniyalı aktyor Patrik Stüart vəfat edib.
Azərbaycanda korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən və məlumatı təsdiqini tapan şəxslərə maddi mükafat ödənilməsi nəzərdə tutulub. Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan…
Bu gün Azərbaycan Respublikası və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması…
“Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Oktyabrın 30-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana...
Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi üçün yeni mexanizmlər tətbiq olunacaq. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə…
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bir sıra qurumların strukturu təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.Sənədə əsasən, "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi" aparatının…
İş yerində korrupsiya barədə məlumat verdiyinə görə işçidən qisas almaq məqsədilə onun işdən çıxarılması və ya maaşından qanunsuz tutulmalar edilməsi qadağan olunacaq. Məsələ bu gün keçirilən plenar iclasında müzakirə…
Azərbaycanda oktyabrın 31-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata əsasən, şənbə günü Bakıda…
Prezident Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi etdiyi "Türk Əsri: Dildə, Düşüncədə və Fəaliyyətdə Birlik" mövzusunda keçirilən zirvə toplantısından...
Korrupsiya ilə əlaqədar hüquqpozma barədə məlumat verən şəxslərə maddi mükafat veriləcək. Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən…
Ağdamda qayınanasına xəsarət yetirən qadın saxlanılıb.
Siqnaxi, 30 oktyabr, AZƏRTAC İqtisadiyyat və energetika sahələrində, eləcə də hərbi əməkdaşlıq, nəqliyyat və logistika istiqamətlərində Azərbaycan tərəfi ilə birlikdə çox ciddi planlarımız var. Əlbəttə, əməkdaşlığımızı…
Milli Məclis Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi ilə bağlı yeni qaydaları birinci oxunuşda təsdiq edib.
Korrupsiya barədə məlumat verilməsi ilə əlaqədar xəsarət alan şəxslərə 10 min manat, həlak olanların ailələrinə isə 20 min manat birdəfəlik müavinət ödənilməsi təklif olunur. Məsələ bu gün keçirilən plenar iclasında…
Noyabr ayında va bəzi ərazilərdə aylıq yağıntının miqdarı iqlim normasından çox olacaq. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabr ayında ümumi atmosfer sirkulyasiyasının dəyişməsi baş verir. Tutqun və…
Azərbaycanda korrupsiya barədə verdiyi məlumat təsdiqlənən şəxslərə pul mükafatı ödənilməsi nəzərdə tutulur. Məsələ bu gün keçirilən plenar iclasında müzakirə edilən “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat…
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin "Bitkiçilik Elmləri…
“Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Oktyabrın 30-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb. Bu mərhələdə 70 ailə…
Bakı, 30 oktyabr, AZƏRTACKənd Təsərrüfatı Nazirliyində 1 Noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü…