Bakıda taksilərin orta yaşı 5 il təşkil edir

Bakı taksilərin orta yaşına görə Avropa regionunda lider şəhərlər sırasındadır.

Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.

Onun sözlərinə görə, paytaxtdakı taksilərin orta yaşı 5 il təşkil edir: “Bakı şəhərində həddən artıq çox sayda köhnə nəqliyyat vasitələri var idi. İslahata başladığımızdan öncə bunların 60 %-dən çoxu istismar müddəti 15 ildən yuxarı olan nəqliyyat vasitələri idi. İndi isə vəziyyət kökündən dəyişir. Təbii ki, bu, ətraf mühitə vurulan zərəri minimuma endirir. Çünki hazırda taksi parkının təxminən 70 %-ni artıq hibrid və ya elektrik nəqliyyat vasitələri təşkil edir”.