“Grand-Mart” və direktoru Ramil Məmmədli CƏRİMƏLƏNDİ

İşçisini istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortalamayan “Grand-Mart” MMC 5 min manat cərimələnib.

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi şirkət barəsində icraata xitam verib, direktorunu isə 1500 manat cərimələyib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi şirkətlə bağlı qərarı ləğv edərək onu 5 min manat cərimələyib. Direktor barəsindəki cərimə qüvvədə saxlanılıb.

Qeyd edək ki, “Grand-Mart” MMC-nin nizamnamə kapitalı 12,2 milyon manatdır. Şirkətin qanuni təmsilçisi Ramil Məmmədli Əşrəf oğludur. MMC-nin 962 min 989 manat vergi borcu var.

“Grand-Mart” MMC-ə “Grandmart”, “Megastore”, “Bizim market”, “Novas Home”, “Bolmart” kimi böyük marketlər şəbəkələri daxildir

//Plat.az