Azərbaycanda inşaat və tikinti sektoruna ayrılan kreditlərin ümumi həcmində həm aylıq, həm də illik müqayisədə kəskin artım dinamikası qeydə alınıb.

2026-cı ilin 30 sentyabr tarixinə olan məlumata görə, tikinti sektoruna yönəldilən cəmi kredit portfeli (2 426.4 mln. manat bank, 417.2 mln. manat qeyri-bank) 2 843.6 milyon manat təşkil edib.

2026-cı ilin avqust ayında bu göstərici 2 619.7 milyon manat (2 164.9 mln. manat bank, 454.8 mln. manat qeyri-bank) idisə, sentyabrda kredit qoyuluşu bir ayda 223.9 milyon manat və ya 8.5% artıb.

2025-ci ilin sentyabr ayında tikinti sektoruna ayrılmış cəmi kreditlərin həcmi 1 819.8 milyon manat (1 252.5 mln. manat bank, 567.3 mln. manat qeyri-bank) olub. Beləliklə, son bir ildə sektora qoyulan kredit portfeli 1 023.8 milyon manat və ya 56.3% böyüyüb.