İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb

İspaniyanın Toledo əyalətində iki sürətli qatarın toqquşması nəticəsində 46 nəfər həlak olub.

Bu barədə yerli media məlumat yayıb.

“Renfe” sürətli qatarı arxadan “Iryo” qatarına çırpılıb və nəticədə sonuncunun iki vaqonu relsdən çıxıb. Ümumilikdə ən azı dörd vaqon aşıb.

Toqquşmanın səbəbi hələlik məlum deyil. İlkin məlumatlara görə, qatarların toqquşması dispetçer səhvindən qaynaqlana bilər.

Dəmir yolu operatoru Adif Madrid və Əndəlüs arasındakı yüksək sürətli xətt üzrə hər iki istiqamətdə qatar xidmətlərini dayandırıb.