Bakı, 28 oktyabr, AZƏRTAC İspaniyada iki sərnişin qatarı toqquşub. Qəza nəticəsində on nəfərin öldüyü bildirilir. AZƏRTAC “El Mundo” qəzetinə istinadla xəbər verir ki, Adif dəmir yolu şirkətinin məlumatına görə, qatarlar Madrid və Sevilya arasındakı yüksəksürətli xətt üzrə hərəkət edirmiş. İki vaqon relsdən çıxaraq bəndə düşüb.Qəza Los Yebenes və Toledo arasındakı dəmir yolunun bir hissəsində baş verib. İnsident səbəbindən bu xətt üzrə xidmət dayandırılıb.Şahidlər İspaniyada iki qatarın toqquşmasından sonra çoxsaylı xəsarət alanların olduğunu bildirirlər.İspaniyanın “El Pais” qəzetinin məlumatına görə, qəzaya düşən digər qatar bir neçə dəqiqə əvvəl relslərdəki nəqliyyat problemlərinə görə sürətini azaldıb.Son bir ildə İspaniyada bir neçə böyük qatar qəzası baş verib. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım işçiləri cəlb olunub.