İspaniyada sürət qatarları toqquşdu: 64 ölü, 179 yaralı - YENİLƏNİB

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 50 nəfər ölüb, 179-dan çox insan yaralanıb.

Bu barədə "Espanol" qəzeti yazıb.

Məlumata görə, İryo qatarında bir körpə də daxil olmaqla 147 sərnişin, yüksək sürətli AVE qatarında isə 397 sərnişin olub.

***

İspaniyanın Toledo vilayətində sürət qatarları toqquşub.

Xarici mətbuata istinadən, hadisə nəticəsində ən azı 46 nəfər ölüb, 170 nəfər xəsarət alıb.

Hələlik qəzanın səbəbləri ilə bağlı məlumat yoxdur.