İspaniyada qatar qəzasında ölənlərin sayı 68-ə çatdı, aralarında eks-nazir də var- Video- Yeniləndi

İspaniyada dəmiryolu qəzasında ölənlərin sayı 68 nəfərə çatıb.

Bu barədə Kastiliya-La-Mança bölgəsinin rəhbəri məlumat verib.

Məlumata görə, dəmir yolu qəzasında İspaniyanın sabiq əmək naziri Fatima Banyes də həlak olub.

İspaniyada iki sürətli sərnişin qatarının toqquşması nəticəsində azı 10 nəfər həlak olub, çox sayda insan yaralanıb.

Qəza səbəbindən Madrid-Əndəlüs marşrutu üzrə qatarların hərəkəti dayandırılıb.