Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birindən 700 manat dəyərində elektrik naqili oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polisin həyata keçirdiyi tədbirlərlə talama cinayətini törədən, əvvəllər məhkum olunmuş 41 yaşlı M.Hüseynov saxlanılıb. Həmin şəxsdən əlavə olaraq narkotik vasitələr də aşkarlanıb.
Şəhər ərazisində qeydə alınan digər hadisə zamanı isə dəyəri 900 manat olan 2 ədəd velosiped oğurlayan əvvəllər məhkum olunmuş 54 yaşlı F.Nəcəfovu da polis saxlayıb.
Hər iki faktla bağlı araşdırma aparılır.