Aydan Ramazanova: Heydər Əliyev Fondu beynəlxalq layihələrlə təhsilin əlçatanlığını və inklüzivliyi dəstəkləyir

Bakı, 28 oktyabr, AZƏRTAC Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulamaq istərdim. Fondun həyata keçirdiyi layihələr müxtəlif şəraitlərdə təhsil imkanlarının və sosial inkişafın necə dəstəklənə biləcəyinə dair dəyərli nümunələr təqdim edir.AZƏRTAC xəbər verir ki, bunu Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova “Bilik, liderlik və imkanlar: ortaq gələcək naminə körpülərin qurulmasında qadınların və qızların rolunun gücləndirilməsi” mövzusunda keçirilən dialoqda deyib.O bildirib ki, beynəlxalq təşəbbüsləri çərçivəsində Heydər Əliyev Fondu bir sıra ölkələrdə və müxtəlif regionlarda məktəblərin tikintisinə, eləcə də təhsil infrastrukturunun yaradılmasına dəstək göstərib.Heydər Əliyev Fondunun inklüziv təhsilə xüsusi önəm verdiyini qeyd edən A.Ramazanova deyib: “Məqsədimiz fiziki məhdudiyyətləri olan şəxslər, xüsusən də qızlar üçün imkanları genişləndirməkdir. Bu baxımdan, inklüziv təhsil sahəsində müəllimlərin bacarıqlarının artırılması layihəsi müxtəlif öyrənmə ehtiyacları olan şagirdlərə dəstək göstərmək üçün müəllimlərin mütərəqqi metodlarla təchiz edilməsinin vacibliyini önə çəkir. Fiziki məhdudiyyətləri olan şəxslərin cəmiyyətə inteqrasiyasını dəstəkləməklə Fond təhsili hər kəs, o cümlədən qızlar və qadınlar üçün tam əlçatan etməyə çalışır”. Videooperator – Ceyhun Mustafayev Fotoqraf - Azər İbrahimov