Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində msəyyən dəyişikliklər edilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sözügedən yolda piyada keçidləri nizamlanan olub:
“Yaxınlıqda ictimai iaşə obyektlərindən və Heydər Əliyev parkından istifadə edənlərin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə kəsişmədə “L” və “A” tipli ümumilikdə 6 nəqliyyat və piyada bölməli yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib.
Piyada və nəqliyyat intensivliyi nəzərə alınaraq piyada keçidlərinin svetoforlarla nizamlanması istiqamətində işlər davam etdirilir”.
Gülşən Rəsul